Həftə ərzində neft qiymətləri artıb - İCMAL

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində artım qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,19 ABŞ dolları və ya 0,26% artaraq, 73,44 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,04 dollar/barel, minimum isə 72,81 dollar/barel olub.

 

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 72,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,08 ABŞ dolları və ya 0,11% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,61 dollar/barel, minimum isə 71,48 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,88 ABŞ dolları və ya 1,57% artaraq, 57,05 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 57,77 dollar/barel, minimum isə 56,44 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 0,62 dollar və ya 0,87% bahalaşaraq 72,12 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 72,55 dollar/barel, minimum isə 71,52 dollar/barel təşkil edib.

Neftin növü / tarix

17.03.2025

18.03.2025

19.03.2025

20.03.2025

21.03.2025

Orta qiymət

Azeri LT CIF

$73,42

$72,90

$72,81

$74,02

$74,04

$73,44

Azeri Light FOB Ceyhan

$72,07

$71,56

$71,48

$72,6

$72,61

$72,06

Urals (EX NOVO)

$56,96

$56,51

$56,44

$57,58

$57,77

$57,05

Dated Brent

$72,26

$71,73

$71,52

$72,54

$72,55

$72,12