Sinqapurdan Azərbaycana pul köçürmələrinin həcmi 40% artıb

Ötən il Sinqapurdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,9 milyon ABŞ dolları olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 40% çoxdur.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Sinqapurun payı 0,4% təşkil edib.

 

Qeyd edək ki, 2023-cü ildə Sinqapurdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,8 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.