Azərbaycan Norveç iqtisadiyyatına yatırımlarını artırıb

Ötən il Norveçin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 136,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 15,5 milyon ABŞ dolları və ya 10,2% azalıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Norveçdən yatırılan investisiyaların payı 1,9% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Norveç iqtisadiyyatına 7 milyon ABŞ dolları sərmayə qoyub.

 

Birbaşa xarici investisiyaların ümumi həcmində Norveçə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,4% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Norveçdən Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi 152,2 milyon ABŞ dolları, Azərbaycandan Norveç iqtisadiyyatına yatırılan investisiyaların həcmi isə 1 min ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.