Ötən il Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələrinin həcmi 20 milyon dolları ötüb

Ötən il Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 20,5 milyon ABŞ dolları olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,6 milyon ABŞ dolları və ya 21,5% çoxdur.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Səudiyyə Ərəbistanının payı 1,9% təşkil edib.

 

Qeyd edək ki, 2023-cü ildə Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 16,9 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.