Gürcüstan Azərbaycandan yardım istədi - Qonşu ölkəyə əlavə enerji ötürüldü

Xəbər verildiyi kimi, bu gün Gürcüstan enerji sistemində böyük qəza baş verib.

“AzerEnerji”dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu an Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib.

“Dərhal "AzərEnerji" tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub”, - qurumdan əlavə edilib.

"AzərEerji"nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.