Görüş zamanı, gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camal ilə keçirilən görüşdə isə nazir Sahil Babayev bankın Azərbaycandakı nümayəndəliyinin ölkəmizin ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşlığı əlaqələndirmək sahəsindəki rolunu yüksək qiymətləndirib.
Xanım Durrani-Camal AİB-nin mühüm və etibarlı tərəfdaşı kimi Azərbaycanla bundan sonra da əməkdaşlığı genişləndirməyə, ölkənin inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.