Bu gün Azərbaycan Respublikasının Almatı Prosesinə ikiillik sədrliyinin (2023-2024-cü illər) yekunu olaraq bu Prosesin 3-cü Nazirlər Konfransı keçirilir.
Trend xəbər verir ki, tədbirdə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.