Qeyri-neft sektorunda ixracla məşğul olan və ölkəmizə valyuta gətirən Azərbaycan şirkətlərinin siyahısı açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin paylaşdığı “İxrac icmalı”nın aprel siyahısında ixrac gücünə görə “Avrora Qrup” ilk sıralarda qərarlaşıb.
Şirkət 22-dən çox ölkəyə makaron, qənnadı, sərinləşdirici içkilər və xammal satışı həyata keçirib. Qeyd edək ki, milli brendlərimiz olan “Doymak”, “Bizon”, “Berg”, “Harika” və s. məhsullar əsasən Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İsrail, Çin, Kanada, ABŞ, İngiltərə, BƏƏ, Ukrayna və s. ölkələrin bazarlarına satılıb.
“Avrora Qrup”, həmçinin ixrac imkanlarını genişləndirmək, ölkəmizi beynəlxalq arenada tanıtmaq üçün 2024-2025-ci illərdə “Worldfood Istanbul”, Sial Paris, “Prodexpo Moscow”, “Gulfood Dubai”, “Anuga Koln” sərgilərində iştirak edib, yeni ixrac müqavilələri imzalayıb.