AİB 2024-cü ildə özəl sektorun maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə artırıb - Masato Kanda

Asiya İnkişaf Bankı (AİB) 2024-cü ildə özəl sektorun maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə artırıb.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB prezidenti Masato Kanda bank rəhbərlərinin işgüzar sessiyasında bildirib

"AİB-in suveren və özəl əməliyyatlar üzrə ümumi öhdəlikləri maliyyə, qrantlar və texniki yardım daxil olmaqla 24,3 milyard dollar təşkil edib. Eyni zamanda, özəl sektora dəstəyin həcmi 2023-cü illə müqayisədə 29 faiz artıb", - deyə o qeyd edib.

 

M.Kanda həmçinin bildirib ki, AİB güzəştli yardımını hüququ olan üzv ölkələrə 2023-cü ildən 15 faiz artaraq 5,7 milyard dollara çatdırıb.

"Qeyri-stabil və ya münaqişədən zərər çəkən nkişaf etməkdə olan üzv ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək də əhəmiyyətli dərəcədə artıb - ümumi öhdəliklər 2023-cü ildən 47 faiz artaraq 1,1 milyard dollara çatıb.

AİB-in texniki yardımı inkişaf layihələrinin səmərəliliyinin artırılmasında, ölkənin potensialının gücləndirilməsində vəregional əməkdaşlığın təşviqində əsas rol oynayır. 2024-cü ildə belə yardımın həcmi 13 faiz artaraq 298 milyon dollar təşkil edib", - deyə o əlavə edib.