BƏƏ Azərbaycandan qeyri-neft məhsulları alışını 40%-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 19 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5% milyon ABŞ dolları və ya 40,2% çoxdur.

Hesabat dövründə BƏƏ-yə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,47%-i həcmində olub. Bununla da BƏƏ Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əməliyyatlarının həcmi 33,2 milyon ABŞ dolları təşkil edib.