Xankəndidə 5,6 milyon manata yeni yarımstansiya tikiləcək

Xankəndi şəhəri ərazisində yeni yarımstansiya tikiləcək.

Trend-in məlumatına görə, yeni tikili mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə inşa olunacaq.

Məlumata görə, həmçinin 35 kV-luq iki dövrəli kabel xətti (Yarımstansiya №2) də çəkiləcək.

 

Belə ki, artıq bununla bağlı “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) müvafiq işlərə start verib.

ASC sözügedən işlərin icrasının 5,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.