Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun İllik toplantısı start götürüb

Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun (İsDB) 2025-ci il İllik toplantısı öz işinə başlayıb.

Bu barədə Trend-in ölkəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir.

Mayın 22-ə kimi davam edəcək tədbir “İqtisadiyyatın şaxələndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması” şüarı altında keçirilir.

Toplantının ilk günündə IsDB qrupu Şurasının toplantısı, İslam Ölkələri Müşavirləri Federasiyasının Baş Assambleyası (FCIC), IsDB-nin 13-cü İnkişaf Forumu, İslam Ölkələri Podratçılarının Federasiyasının (FOCIC) direktorlar şurasının iclası, həmçinin digər tədbirlər nəzərdə tutulub.

Qeyd edək ki, rəsmi açılış mərasimi 20 may tarixində keçiriləcək.