Yanvar-aprel aylarında Azərbaycandan polietilen ixracı 8,83 faiz azalaraq 39,3 min ton olub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 45,5 milyon dollar təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında 46 milyon dollarlıq 43,2 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.