Onun sözlərinə görə, hazırda Qarabağda yerləşən "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri mövcuddur:
"Biz COP29-da elan etmişdik ki, Qarabağ və Şərqi Zəngəzur 100 % "yaşıl enerji" ilə təmin ediləcək. Hazırda "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri var. Qarşısında dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksinin dam örtüyündə də 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində "yaşıl texnologiyalar"dan istifadə olunur".