Bununla da “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq formalaşdırılmış sahələr də icarəyə verilən torpaq sahələrinin kateqoriyalarına əlavə olunub.
Bu torpaq sahələrinin icarəsi üçün hüquqi və ya fiziki şəxsin ərizəsi, eləcə də süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə müvafiq qərar tələb olunacaq.