Türkiyə limanları ilə 32 milyon tona yaxın neft məhsulları daşınıb

Bakı, TurkicWorld

Bu ilin yanvar- aprel ayında Türkiyə limanlarından 32 milyon 670 min 418 ton neft məhsulları daşınıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 2 milyon 65 min 278 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 30 milyon 605 min 140 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- aprel ayında Türkiyə limanlarından tranzit olaraq 11 milyon 104 min 31 ton neft məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyə limanları 33 milyon 122 min 363 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 278 min 945 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 843 min 418 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 445 min 377 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanları 138 milyon 887 min 172 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 9 milyon 781 min 974 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 129 milyon 105 min 198 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanlarından 22 milyon 310 min 951 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə limanları 4 min 763 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 614, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 149 olub.

2025-ci ilin yanvar - aprel ayında Türkiyə limanları 18 min 37 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 818, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 279 olub”, - deyə nazirlikdən bildirilib.