Şuşa, Ağdərə, Xocavənd və Xocalının kəndlərində qaz şəbəkəsi yenidən qurulacaq

Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında ümumən 2700 fərdi yaşayış evini əhatə etməklə, 25 kəndin daşıyıcı və kənddaxili paylayıcı qaz şəbəkəsinin bərpası və yenidən qurulması nəzərdə tutulub.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini Nail Abdullayev Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi Qrupunun iclasında deyib.

O bildirib ki, artıq qeyd olunan işlərə köç qrafikinə uyğun olaraq başlanılıb.