Azərbaycanla Macarıstan arasında nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib."30-cu Bakı Enerji Həftəsi çərçivəsində Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, "4iG Space and Defence Technologies Plc." şirkətinin sədri Gellert Yasai ilə görüşdük. Ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi barədə müzakirələr apardıq", - deyə qeyd edilib.