Qida təhlükəsizliyi məsələsi insanların sağlamlığına təsir edir. Bu məsələ, eyni zamanda, qida sisteminin dayanıqlığına təsir göstərən amildir. Həmçinin qida təhlükəsizliyi qlobal bir çağırışdır. Bu məsələdə lokal həll yolları ilə yanaşı, beynəlxalq əməkdaşlıq da əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ADA Universitetində keçirilən “Ümumdünya Qida Təhlükəsizliyi Günü Konfransı - Elm fəaliyyətdədir" adlı konfransda deyib.
O bildirib ki, qida təhlükəsizliyi sisteminin qurulması beynəlxalq əməkdaşlığa söykənir: "Ekoloji qida məhsullarının hazırlanması gündəmdə duran əsas məsələlərdəndir. Gəlin, qidaları yüksək keyfiyyətdə istehsal edək. Heç kəs bu zəncirdən kənarda qalmasın".