AZPROMO ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Quandonq Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Quandonq Komitəsi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan tərəfindən qurumun icraçı direktoru Yusif Abdullayev ilə CCPIT-nin Quandonq Əyalət Şöbəsinin I dərəcəli büro səviyyəli rəsmisi Bay Minqşao imzalayıb.

Memorandum iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.