PAŞA Bank 30-cu “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank, bu gün öz işinə başlayan və regionun ən irimiqyaslı sənaye platformalarından biri hesab olunan 30-cu Yubiley “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı kimi çıxış edir. Bu mötəbər platforma enerji sektorunun qlobal liderlərini bir araya gətirərək, ölkənin iqtisadi və sənaye potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün geniş imkanlar yaradır.

“Baku Energy Week” çərçivəsində keçirilən üç əsas tədbir – 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” — yüksək beynəlxalq iştirak səviyyəsi, strateji gündəliyi və enerji sənayesinin aktual mövzuları ilə seçilir. Forumda neft və qaz kəşfiyyatı və hasilatı, yaşıl enerjiyə keçid, ixrac infrastrukturu və Azərbaycanın artan investisiya cəlbediciliyi kimi önəmli mövzular müzakirə ediləcək. Tədbir çərçivəsində beynəlxalq ekspertlərin iştirakı, sənaye liderləri arasında strateji razılaşmaların və əməkdaşlıq sənədlərinin imzalanması da nəzərdə tutulur.