Fransadan Azərbaycana pul köçürmələri 4 dəfə artıb

Bu ilin birinci rübündə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,214 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 313 min ABŞ dolları və ya 20,5% azdır.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

Həmçinin cari ilin ilk rübündə Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,755 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 4,328 milyon ABŞ dolları və ya 4 dəfə artım deməkdir.

Hesabat dövründə xarocdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı 2,5% təşkil edib.