Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 523 milyon dollar olub

Cari ilin ilk beş ayında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 523 milyon dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3 faiz paya malik olub. Bununla da ölkəmiz Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra Gürcüstanın 6-cı ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 282,3 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur.