Çin Mülki Aviasiya Administrasiyası və Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi arasında mülki aviasiyanın müxtəlif sahələrində, o cümlədən hava əlaqəsinin inkişafı, mülki aviasiya infrastrukturu, dayanıqlı aviasiya, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi sahələrində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb.
Qeyd edək ki, bu, Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən 2025-ci il 23 aprel tarixində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan sonra iki tərəfin dövlət qurumları arasında keçirilmiş ilk görüşdür.