Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 51,2 milyon ABŞ dolları dəyərində 93 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 11,8 milyon ABŞ dolları və ya 18,8% azalma, həcm ifadəsində isə 51,4 min ton və ya 2,2 dəfə artım deməkdir.
Eyni zamanda, dövr ərzində dəniz nəqliyyatı vasitəsilə Azərbaycana 1,2 milyard ABŞ dolları dəyərində 1,2 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 103,3 milyon ABŞ dolları və ya 10% artıb, həcm baxımıdan isə 187,7 min ton və ya 13,5% azalıb.