Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,97 ABŞ dolları və ya 2,8% artaraq 71,91 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 73,64 dollar/barel, minimum isə 70,33 dollar/barel olub.
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 70,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,93 ABŞ dolları və ya 2,8% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,32 dollar/barel, minimum isə 69,07 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,59 ABŞ dolları və ya 4,5% artaraq 60,06 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 61,79 dollar/barel, minimum isə 58,45 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,09 dollar və ya 1,5% bahalaşaraq, 71,89 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 73,56 dollar/barel, minimum isə 70,31 dollar/barel təşkil edib.