Yanvar-avqust aylarında Azərbaycan Türkiyədən polad məhsulları idxalını azaldıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azaldaraq 78,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Azərbaycana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 16,4 faiz azaldaraq 8,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz azalaraq, 9,7 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 15,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib.