Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,16 ABŞ dolları və ya 1,7% azalaraq 67,77 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 68,59 dollar/barel, minimum isə 66,72 dollar/barel olub.