Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 22 ölkədən 3,1 milyard ABŞ dolları dəyərində 32,9 kiloqram qızıl idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95,9 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Avstraliya daxil olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qızıl istehsalı 1 601 kiloqram təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 597 kiloqram və ya 59,5% çoxdur. Cari ilin iyul ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 196,4 kiloqram olub.
Cari ilin ilk 6 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:
Ölkələr
Qızılın həcmi (kq)
Qızılın dəyəri (min ABŞ dolları)
Qazaxıstan
2556,83
262172,89
Qırğızıstan
98,76
10589,15
Özbəkistan
1201,83
122234,44
Rusiya
4752,95
439260,21
Amerika Birləşmiş Ştatları
3345,76
340301,79
Avstraliya
3994,61
354724,78
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı
3778,93
365446,86
Braziliya
1021,46
953118,81
Cənubi Afrika Respublikası
2488,8
263439,04
Çin
1173,72
108207,58
Çinin xüsusi inzibati rayonu Honkonq
184,29
16723,14
Filippin
240,88
24325,53
İsveçrə
1470,02
145035,48
Kanada
1375,07
129773,39
Meksika
2107,72
185463,97
Türkiyə
1115,84
99250,42
Yaponiya
149,89
15586,09
Zimbabve
12,2
1133,44
Almaniya
1062,49
95859,22
İspaniya
502,32
52884,17
İsveç
38,16
4099,74
İtaliya
233,42
24547,26
Rumıniya
13,12
1224,06
Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.