Qeyd edilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun 512 kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəş paneli quraşdırılıb.
Onu da əlavə edək ki, günəş panellərinin fasiləsiz və effektiv işləməsini təmin etmək məqsədilə sistemə texniki baxış keçirilib. Bu çərçivədə "DAM Enerji" MMC tərəfindən panellərin, inverterlərin və digər avadanlıqların ümumi sazlığı yoxlanılıb,həmçinin panellərin təmizlənməsi və yuyulması işləri yerinə yetirilib.