“MSC Georgia” şirkəti Bakıda nümayəndəliyini açacaq

Biz Azərbaycanın ixracının inkişafına fəal kömək edirik və Bakıda nümayəndəliyimizi açmağa hazırlaşırıq. Yeni ofis bölməsi “MSC Georgia” şirkətinin himayəsi altında fəaliyyət göstərəcək və bu, regionda əməkdaşlığı genişləndirəcək, habelə səmərəliliyi artıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “Qara və Xəzər Logistika Forumu - 2025: Dəhlizlər, yüklər, infrastruktur” (“Black and Caspian Freight Forum – 2025”) konfransında çıxış edən “MSC Georgia” MMC-nin icraçı direktoru Alkan Alıcık məlumat verib.

O, ölkələr arasında nəqliyyat əlaqələrinin və logistika infrastrukturunun gücləndirilməsinin vacibliyini də qeyd edib.