O bildirib ki, bir neçə su anbarlarının - Xaçınçay, Köndələnçay anbarlarının təmir-bərpa işləri təmin olunub: "Zabuxçay su anbarının inşası və Zabuxçaydan çıxan 51 km uzunluğunda magistral boru xəttinin inşası həyata keçirilib. Eyni zamanda bu regionda Həkəriçay və Bərgüşadçay su anbarlarının inşası istiqamətində işlər aparılır".
"Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır", - deyə sədr müavini vurğulayıb.