“AzərEnerji” ilə “Masdar” şirkəti arasında müzakirələr aparılıb

“AzərEnerji” ASC-nin sədri Baba Rzayevlə “Masdar” Şirkətinin layihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

Bu barədə Trend-ə “AzərEnerji” dən məlumat verilib.

Bildirilib ki, görüşdə ümumi qoyuluş gücü 1000 MVt olan günəş və külək elektrik stansiyaları (Bankə, Biləsuvar və Qaradağ) layihələri ilə əlaqədar müzakirələr aparılıb.