İstanbulda “SOCAR Türkiye” və Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Direktorlar Şurasının iclasları keçirilib.
Trend bu barədə “SOCAR Türkiye”yə istinadən xəbər verir.
“SOCAR Türkiye”nin iclasında şirkətin il üzrə fəaliyyətinin hərtərəfli qiymətləndirilməsi aparılıb. Əsas layihələr, strateji vəzifələrin həyata keçirilməsində irəliləyişlər və yaxın gələcək üçün investisiya planları müzakirə edilib.