Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,99 ABŞ dolları və ya 1,42% azalaraq 68,73 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 69,49 dollar/barel, minimum isə 68,12 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 67,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1 ABŞ dolları və ya 1,46% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 67,98 dollar/barel, minimum isə 66,64 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,6 ABŞ dolları və ya 1,1% azalaraq 55,91 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 56,76 dollar/barel, minimum isə 55,34 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,89 dollar və ya 1,31% ucuzlaşaraq, 66,86 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 67,74 dollar/barel, minimum isə 66,30 dollar/barel təşkil edib.