Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini 4%-ə yaxın artırır

2026-cı ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 714,8 milyon manat olması nəzərdə tutulur.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,8% çoxdur.