Azərbaycanın cari əməliyyatlar balansının profisiti ÜDM-in 6,3%-ni təşkil edib

Bu ilin ilk 6 ayında Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti 2,3 milyard ABŞ dolları olub.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

 

"Bununla da CƏB-də ÜDM-in 6,3%-i səviyyəsində müsbət saldo qeydə alınıb", - o deyib.