Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb
2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 82 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 şirkət azdır.

2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 82 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 471 milyon 600 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 151 milyon 240 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - avqust ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (70) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 448 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - avqust ayında Türkiyədə Azərbaycan kapitalı ilə 35 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.