Çində qadınların qlobal sammiti keçiriləcək

Çinin paytaxtı Pekində Qadınlar üzrə 4-cü Dünya Konfransının 30-cu ildönümü münasibətilə qadınların qlobal sammiti təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin rəsmisi Quo Ciakun bildirib ki, BMT-nin Qadınlar üzrə 4-cü Dünya Konfransının 30-cu ildönümünə həsr olunan sammit yaxın zamanlarda keçiriləcək.

XİN rəsmisi vurğulayıb ki, 5 il əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin 2025-ci ildə qlobal qadın sammitinin çağırılmasını təklif edib.

Xatırladaq ki, 1995-ci ildə Pekində keçirilmiş BMT-nin Qadınlar üzrə 4-cü Dünya Konfransı qadın və kişilərin hüquq bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan edib. Tədbirdə qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin yaxşılaşdırılması uğrunda fəaliyyət göstərmək istiqamətində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edilib.