Azərbaycanda mis konsentratı istehsalı 20 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 271 ton mis konsentratı istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2 159 ton və ya 20,3 dəfə artıb.

 

Belə ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanda 112 ton mis konsentratı istehsal edilmişdi.

Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə ölkədə hazır mis konsentratı ehtiyatının miqdarı 179,5 ton olub.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% azalıb.