Türkiyəli ekspert:  Orta dəhliz tədarük zəncirlərinin dayanıqlığını artırır və regional əməkdaşlığı gücləndirir

Orta Dəhliz Asiya ilə Avropa arasında etibarlı körpü kimi getdikcə daha çox strateji əhəmiyyət qazanır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində türkiyəli logistika və nəqliyyat eksperti, “Middle Corridor Logistics” şirkətinin nümayəndəsi Hilal Ağun deyib.

Onun sözlərinə görə, ənənəvi Şimal və Cənub marşrutları ilə müqayisədə Orta Dəhliz daha qısa və sərfəli alternativ təklif edir, enerji və yük daşımalarının diversifikasiyasını asanlaşdırır, təchizat zəncirlərinin dayanıqlığını artırır və regional əməkdaşlığı gücləndirir.

Ekspert vurğulayıb: “Bu, Orta Dəhlizi təkcə tranzit marşrutu deyil, həm də davamlı logistika sahəsində innovativ həllərin tətbiqi platformasına çevirir”.