"Port Baku" yaxınlığında metronun yeni stansiyasının inşası nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
B. Məmmədov metronun Xətai stansiyasının yaxınlığında Yaşıl xəttə daha bir keçid imkanı yaradılacaq.
“Babək prospekti üzərində şəhər istiqamətində nəhəng stansiyamız inşa olunacaq. BununLa da sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”, - o əlavə edib.