Türkiyədən Misirə tekstil ixracı 364 milyon dolları keçib
Türkiyə 2025-cü ilin avqust ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 40 milyon 755 min 35 dollara çatdırıb.

Türkiyə 2025-cü ilin avqust ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 40 milyon 755 min 35 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq, 364 milyon 119 min 50 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 6 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.