ABŞ Senatında Respublikaçılar Partiyasının federal hökumətin maliyyələşməsini davam etdirməklə bağlı irəli sürdüyü layihə lazım olan 60 səsi toplaya bilməyib.
AZƏRTAC-ın məlumatına görə, bu, yerli vaxtla gecə yarısından etibarən (Bakı vaxtilə saat 08:00) şatdaunu qaçılmaz edir.
Maliyyələşməni noyabrın 21-dək uzatmağı nəzərdə tutan plan 45 səsə qarşı 55 səs toplayıb. Artıq oktyabrın 1-dən işçilər məzuniyyətə göndəriləcək və federal xidmətlər dayanacaq.
Respublikaçılar Partiyasının təmsilçiləri də həmçinin Demokratlar Partiyasının maliyyələşdirməni oktyabrın sonuna qədər uzadan və səhiyyə xərclərini 1 trilyon dollardan çox artıran layihəsinin 47 əleyhinə, 53 lehinə səslə Senatdan keçməsinin qarşısını alıblar.