Türkiyənin xalça ixracı 2 milyard dolları keçib
2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 2 milyon 16 milyon 639 min dollara bərabər olub.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 2 milyard 16 milyon 639 min  dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 263 milyon 750 min  dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 2 milyard 797 milyon 852 min dollar məbləğində xalça ixrac edib.