Türkiyədən Azərbaycana hazır geyim ixracı 39 milyon dolları keçib
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq, 39 milyon 257 min 3 dollara bərabər olub.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq, 39 milyon 257 min 3 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 6 milyon 490 min 81 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 12 milyard 712 milyon 390 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 490 milyon 561 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 29 milyon 444 min dollar məbləğində hazır geyim ixrac edib.