Azərbaycan və Almaniya arasında maliyyə əməkdaşlığının genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycan və Almaniya arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, oktyabrın 8-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Almaniyanın maliyyə sektorunu təmsil edən şirkətlərin və biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Görüşdə iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, Alman maliyyə institutlarının ölkəmizdə həyata keçirilən layihələrin dəstəklənməsində iştirakı, dövlət borcunun idarə olunması sahəsində təcrübə mübadiləsi, dövlət–özəl tərəfdaşlıq mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.