“Huawei” şirkətinin ölkəmizdəki nümayəndəsi: Azərbaycanın şəbəkə infrastrukturuna və kibertəhlükəsizliyinə töhfə vermək istəyirik

Azərbaycan ilə Çin arasında əlaqələr sürətlə inkişaf edir. “Huawei” olaraq, biz telekommunikasiya sektorunda daha da sıx əməkdaşlığı gözləyirik.

“Huawei” şirkətinin Azərbaycandakı nümayəndəsi Yelena Yu AZƏRTAC-a şirkətin ölkədəki fəaliyyəti və “Critical Infrastructure Defense Challenge 2025” müsabiqəsində iştirakı barədə məlumat verib.

Nümayəndə əlavə edib ki, şirkət yerli telekommunikasiya operatorları ilə sıx əməkdaşlıq edir. O əlavə edib: “İstifadə etdiyimiz mobil rabitə “Huawei” avadanlığına əsaslanır. Korporativ və dövlət sektorları üçün məlumat saxlama məhsulları, optik şəbəkələr və kibertəhlükəsizlik həlləri təklif edirik. Biz şəbəkə təhlükəsizliyinə xüsusi diqqət yetiririk və yerli kibertəhlükəsizliyin inkişafına töhfə verməklə bütün şəbəkə tikinti layihələrində iştirak etmək istəyirik”.

Yelena Yu qeyd edib ki, şirkət artıq ikinci ildir ki, CIDC çərçivəsində keçirilən sərgidə iştirak edir. “Bu il mən daha çox qonaq, müxtəlif şirkətlərdən çoxlu iştirakçı görürəm və tədbir əhəmiyyətli regional təsirə malikdir. Biz bu tədbirin bir hissəsi olmaqdan qürur duyuruq”, -deyə o qeyd edib.