Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 645 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 41 obyekt çoxdur.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 645 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 41 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 67 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 20 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyədə 150 min 657 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,9 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə 1 milyon 128 min 727 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara min 867 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azdır.

Eyni ilin yanvar- sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 14 min 944 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azdır.