Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 2,102 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2024-cü ilin ilk doqquz ayındakı göstəriciyə nəzərən 24,2% artım deməkdir.
Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 16,1%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7% artıb.
Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.